"TikTok" "İnstagram" ilə rəqabəta başladı - Yeni funksiya işə düşəcək

MARAQLI
16:20 12.03.2024
218
TikTok "TikTok Photos” adlı yeni funksiyası ilə Instagram ilə rəqabət aparmağı planlaşdırır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yeni tətbiqin Instagram-a birbaşa rəqib olacağı gözlənilir.

TikTok Photos haqqında hələlik heç bir açıqlama yoxdur.
 
Bununla belə, onun Instagram-ın ilk versiyaları kimi yalnız fotoşəkilləri paylaşmağa yönəlmiş bir tətbiq olacağına dair iddialar var.

Kodlarda vurğulanıb ki, TikTok insanların fotoşəkilləri paylaşa biləcəyi və oxşar zövqə sahib insanlarla əlaqə saxlaya biləcəyi bir platforma ola bilər.

Yaxın günlərdə yeni foto tətbiqi ilə bağlı daha çox məlumatın ortaya çıxma ehtimalı yüksəkdir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR