"TikTok"da bu funksiya ləğv edildi - Avropa Birliyi qaydalarına tabe olacaq

"TikTok"da bu funksiya ləğv edildi - Avropa Birliyi qaydalarına tabe olacaq
DÜNYA
14:34 06.08.2024
156
Avropa İttifaqı üzv ölkələrdə "TikTok"un mükafatlandırma proqramını ləğv etməyi öhdəsinə götürüb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən rəsmi açıqlama verilib.
 
Açıqlamada 22 apreldə AB-nin TikTok-a qarşı başlatdığı hüquqi prosesdə Komissiyanın ifadə etdiyi narahatlıqların aradan qaldırılması üçün öhdəlik götürüldüyü bildirilib.

Bildirilib ki, mükafatlandırmanı ləğv etmək və bir daha analoji təcrübənin həyata keçirilməməsi hüquqi cəhətdən məcburidir.

Bu öhdəliklərin pozulmasının qaydalara zidd olacağı və cərimə ilə nəticələnəcəyi qeyd edilib.

Aİ bu təcrübənin uşaqlara və istifadəçilərin psixi sağlamlığına ciddi təsir göstərəcəyini ehtimal edir.

Qeyd edək ki, ötən il qüvvəyə minən Aİ qanunu "TikTok" kimi əsas rəqəmsal platformalarda sərt qaydalar tətbiq edir.

Aİ qaydaları pozan rəqəmsal platformalara yüksək cərimələr tətbiq edə bilər.

Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR