“TikTok”da qadınları şantaj edirdi - Saxlanıldı

“TikTok”da qadınları şantaj edirdi - Saxlanıldı
KRİMİNAL
17:30 30.05.2025
683
Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək "TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər.

AZXEBER.COM xəbər verir ki, Binəqədi RPİ-nin keçirdiyi tədbirlərlə sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR