“TikTok”dan pul qazanmağın yeni üsulu - Əvvəlkindən daha çox qazanc əldə edəcəksiniz!

“TikTok”dan pul qazanmağın yeni üsulu - Əvvəlkindən daha çox qazanc əldə edəcəksiniz!
DÜNYA
14:15 10.05.2022
415
"TikTok” istifadəçilərin pul qazanması üçün yeni özəllik istifadəyə verir. 

AZXEBER.COM xəbər verir ki, "TikTok” "Youtube” kimi yeni bir özəlliyi sınaqdan keçirir.

Bu platformada pul qazanmağın yeni üsulu olacaq. Belə ki, şirkət videolar reklamlarla yayımladığı zaman müəyyən gəlir məbləğini ən yaxşı məzmuna əsasən verəcək.  "Youtube”dan fərqli olaraq "TikTok”da daha böyük ödənişlər olacaq.

Şirkət özəlliyin ilk mərhələdə ən azı 100 min izləyicisi olan istifadəçilərin paylaşma proqramı üçün uyğun olacağını bildirib.

"TikTok”-un Şimali Amerika üzrə baş meneceri Sandie Hawkins verdiyi açıqlamada proqramın ABŞ-da iyun ayında istifadəyə veriləcəyini deyib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR