"Titanik" yenidən inşa edilir - İlk səyahətini bu tarixdə edəcək

"Titanik" yenidən inşa edilir - İlk səyahətini bu tarixdə edəcək
DÜNYA
13:02 14.03.2024
140
Tarixin ən böyük dəniz fəlakəti yaşanmış "Titanik" gəmisi yenidən qurulur.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, milyarder iş adamı Klayv Palmer "Titanik"in surətini hazırlamaq üçün külli miqdarda pul ödəyib.

Mədən maqnatı Klayv Palmer gəminin orijinaldan çox üstün olacağını bildirib.
 
Avstraliyalı iş adamı "Titanik II" planlarını ilk dəfə 2012-ci ildə açıqlayıb, 2018-ci ildə isə işə başlayıb, lakin bu dəfə onun cəhdi COVID epidemiyası səbəbindən uğursuz olub.

İndi yenidən məşhur gəminin inşası üzərində işləyən milyarder deyib: ""Titanik"i qurmaq evdə oturub pulumu saymaqdan qat-qat əyləncəlidir".

"Titanik" ilk səyahətini 2027-ci ilin iyununda etməyi planlaşdırır.

Gəmi üzgüçülük hovuzu və hamamla birlikdə orijinal gəmi ilə eyni salon və kabin habelə digər oxşar tərtibata malik olacaq.
 
 
Xatırladaq ki, "Titanik" gəmisi 1912-ci ildə Atlantik okeanındakı aysberqə çırpıldıqdan batıb və təxminən 1500 sərnişin və ekipaj üzvü həlak olub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR