Tomas Müllerin yeni klubu bəlli oldu

Tomas Müllerin yeni klubu bəlli oldu
İDMAN
23:09 06.08.2025
227
Alman futbolçu Tomas Müller Amerika Futbol Liqasının (MLS) "Vankuver" klubuna keçib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqavilə cari mövsümün sonuna kimi hesablanıb.

Qeyd edək ki, Müllerin 35 yaşı var. O, 2008-2025-ci illərdə çıxış etdiyi "Bavariya"nın yetirməsidir.

Münhen komandası ilə birlikdə yarımmüdafiəçi 12 dəfə Almaniya çempionu olub ki, bu da turnirin rekordudur. O həmçinin kubokda altı, ölkə Superkubokunda səkkiz qələbə qazanıb, iki dəfə Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və UEFA Super Kubokunun qalibi olub.
OXŞAR XƏBƏRLƏR