Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünün meyitinin tapılması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.