ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Kamala Harrislə bir daha canlı yayımda debat etməyəcəyini deyib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, sabiq prezident "Fox News"un canlı yayımda debat təklifini rədd edtmə səbəbini belə izah edib:
"Revanş olmayacaq. Son iki debatda qalib gəldim. Artıq gecdir, səsvermə başlayıb, anketlərdə öndə gedirəm və fərq getdikcə genişlənir. Kamala açıq şəkildə bəyan edib ki, Baydendən fərqli heç nə etməyəcək. Deməli, müzakirə ediləsi heç nə yoxdur".
Cəmalə