Respublikaçıların prezidentliyə namizədi Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə yenidən prezidentlik yarışına qatılmaq fikrində olmadığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalist Şaril Atkissonun proqramında seçki gündəmini dəyərləndirərkən deyib.
Jurnalistin seçkiləri uduzacağı təqdfirdə 2028-ci il prezident seçkilərinə qoşulnmağı düşünüb-düşünmədiyini sualına Tramp belə cavab verib: "Xeyr, uduzacağımı düşünmürəm lakin uduzacağım təqdirdə bir daha bunları etməyəcəm. Əlimdən gələnin hamısı budur, ümid edirəm ki, uğur qazanacağıq".
Qeyd edək ki, 78 yaşlı eks prezident 2028-ci ildə 82 yaşında olacaq.