Trampa edilən sui-qəsdin yeni görüntüləri ortaya çıxdı - FOTO

Trampa edilən sui-qəsdin yeni görüntüləri ortaya çıxdı - FOTO
DÜNYA
12:53 09.08.2024
176
ABŞ-nin sabiq prezidenti, yenidən prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdlə bağlı yeni videolar ortaya çıxıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, iyulun 13-də Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yayılan yeni videolarda yerli polis məmurunun bu cəhddən əvvəl Məxfi Xidmətə xəbərdarlıq etdiyi məlum olub.

Sözügedən videolarda yerli polis məmurunun hücumçu Tomas Metyu Kruksun atəş açmasından dərhal sonra Gizli Xidmətə hücumçunun istifadə etdiyi ərazinin təhlükəsizliyinin təmin edilməsi barədə əvvəlcədən xəbərdarlıq etdiyini söyləməsi diqqət çəkib.
 
Başqa bir videoda yerli polis məmurunun hücumdan bir neçə saniyə əvvəl sui-qəsdi təşkil edənin yerləşdiyi damın üstünə çıxmağa çalışdığı və cinayətkarı görüb geri qayıtdığı əks olunub.

Məxfi Xidmət sözügedən görüntülərlə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Trampın güllələnməsindən sonra tənqidlərə məruz qalan ABŞ Gizli Xidmətinin direktoru Kimberli Çitl iyulun 23-də istefa verib.

Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR