Trampın tərəfdarları “Ya Tramp, ya da ölüm” yazılı pankart açdılar

Trampın tərəfdarları “Ya Tramp, ya da ölüm” yazılı pankart açdılar
DÜNYA
19:49 08.09.2023
268
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının 2024-cü il ABŞ prezident seçkilərinə namizədlərindən biri Donald Trampın tərəfdarları beysbol matçında Trampı dəstədiklərini nümayiş etdiriblər.

AZXEBER.COM xarici mətbuata istnadla xəbər verir ki, Nyu-Yorkdakı Yanki Stadionunda oynanan "Yankees”- "Detroit Tigers” oyununda Tramp tərəfdarları "God Bless Bless America” mahnısı səsləndirilərkən "Ya Tramp, ya da Ölüm” sözləri yazılmış pankart açaraq sosial mediada paylaşıblar. 

Böyük tamaşaçı auditoriyası olan "Yankis” – "Detroit Tigers” matçında sözügedən pankartın açılmasına reaksiya verənlər siyasət ilə idmanın qarışdırmağın doğru olmadığını söyləyib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR