Sabiq ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Rudi Culiani iflas etdiyini elan edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, vəkil məhkəmənin ona qarşı "təhqir” ittihamı ilə açılan işdə zərərçəkənlərə təqribən 150 milyon dollar təzminat ödəməyə qərar verməsindən sonra bunu açıqlayıb.
Associated Press nəşri (AP) iflas etmə qanununun başqasına vurulmuş "qəsdən zərər" nəticəsində yaranan borcların silinməsinə icazə vermədiyini bildirib.
ABŞ-da 2020-ci il prezident seçkiləri zamanı Corciya ştatında xidmət edən Rubi Friman və qızı Andrea Moss Culiani tərəfindən səslərin hesablanması zamanı Trampa qarşı saxtakarlıqda ittiham edilərək hədəfə alınıb.
Mikayıl