“O səs Türkiyə” yarışmasından məğlub ayrılan Sevil və Sevinc bacıları müsabiqənin pərdəarxası məqamlarından danışıb.
Axşam.az xəbər verir ki, əkizlər “Onlar” verilişinə açıqlamasında bəzi etiraflar edib:
“Hamı yazır ki, Ebru Gündeş bizə qarşı haqsızlıq etdi. Amma o yazığın heç bir günahı yoxdur. Qərar vermək onların əlində deyil. Yarışmanın bir rəhbəri var – Acun. Münsiflərin Acuna söz deməyə ixtiyarları yoxdur”.
Sevil və Sevinc deyib ki, dueldə onlara rəqib olan Tuğçe Gendigelen əslində azərbaycanlı deyil:
“O, bizi gördükdən sonra fikirləşib ki, mən də azərbaycanlı olduğumu deyim. Çünki biz Azərbaycanın adını çəkəndə coşqu ilə qarşılandı. Səhnə arxasında onun atasından soruşduq ki, siz azərbaycanlısınız? Dedi ki, yox, biz azəri deyilik. Bəzi müğənnilərimiz çıxışımızdan sonra “Facebook”da status yazırdılar. Tənqid, bəzən hətta təhqir edirdilər. Hələ də müzakirə olunuruq. Qoy onlar status yazmaqlarında, biz isə öz işimizdə olaq”