Tünzalə Ağayeva: Toylara nə vaxt icazə veriləcəyini gözləməməliyik - VİDEO

Tünzalə Ağayeva: Toylara nə vaxt icazə veriləcəyini gözləməməliyik - VİDEO
MAQAZİN
13:08 04.09.2020
1751
Azərbaycanın xalq artisti Tünzalə Ağayeva pandemiya dövründə yaşadıqları çətinliklər haqda danışıb.
 
O AZXEBER.COM-a açıqlamasında deyib ki, bu dövrdə stress yaşayıb:
 
"Bu dövrdə bəlli bir stress aldım. İşlərimiz və fəaliyyətimiz dayandı. İlk növbədə hamı kimi bizdə birinci sağlamlığımızı düşündük. Dəyərli dostlarımla birgə mahnı yazıb ifa etdik. Evdə qal çağırışı etdik. Evdə olsam da, bəlli bir çərçivə içində fəaliyyətimi davam etdirdim. Biz səhnələrə öyrəşmişik deyə evdə qalmaq çətin oldu. Mən düşdüyüm vəziyyətə özümü öyrəşdirə bilən insanam. Çox narahatam ki, mədəniyyət sahəsi hələ də gözləmə rejimindədir. Əlbəttə ki, bu bizə mənfi təsir göstərir. Yeni qərarlar gözləyirik.
 
Müğənni həmkarları üçün də çox çətin olduğunu deyib: 
 
"Bizim də gözümüz qulaqımız səsdədir. Hər gün işləyən musiqiçilər var idi. Elə musiqiçi var ki, o gündəlik işləyir eləsi də var ki, hansısa şirkətlə müqavilə bağlayıb. Biz sadəcə toylar və banketlər nə zaman keçiriləcəyini gözləməməliyik. Bunun bir çox alternativ yolları var. Onu düşünmək lazımdır. Bu dəqiqə durğunluq hökm sürür. Studiya işimi davam etdirirəm. Baxmayaraq ki, studiyanı saxlamaq mənə çətindir. Hər zaman fəaliyyətdə olan Tünzalə özü-özünü saxlayıb. Studiyanı saxlamaq maddi olaraq çox çətindir. Bu narahatlığımı ilk dəfə olaraq etiraf edirəm".

Nazim Qasımzadə
 

OXŞAR XƏBƏRLƏR