Müxalifətin 12 mart aksiyası zamanı aksiya yaxınlığındakı kafelərin birində prosesi izləyən Yeni Azərbaycan Partiyası (YAP) təmsilçilərinin yerində bu dəfə televiziya aparıcısı Turan İbrahimov oturub. T. İbrahimov prosesi izləyib və heç bir açıqlama vermədən hadisə yerini tərk edib. O, əvvəlcə jurnalistlərin şəklini çəkməyə etiraz etsə də sonra buna mane olmayıb
Xatırladaq ki, 12 mart mitinqində YAP təmsilçiləri Səyavuş Novruzov, Kərim Kərimov və Mübariz Qurbanlı eyni məkanda kofe və pivə içməklə prosesi izləmişdilər./// QAFQAZINFO.AZ