TuranBank-a 920 min manat zərər dəyib

İQTİSADİYYAT
19:12 18.06.2015
1867

Bankın zərəri 920 min manat olub

2015-ci ilin iyunun 1-nə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 39%, ilin əvvəlinə nisbətən isə 18% artaraq 377,1mln. manat təşkil etmişdir.

Bankın kredit portfeli isə ötən ilin yanvar-may ayı ilə müqayisədə 35%, ilin əvvəlindən isə 20% artaraq 264,9 mln. manata çatmışdır.

Bankın yaydığı məlumata görə, 1 iyun 2015-ci il tarixinə Bankınmüştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 35%, ilin əvvəlinə nisbətən isə 22% artaraq 174,8 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 25,9%, cari ilin əvvəli ilə müqayisədə isə 14,5% artaraq 82,7 mln. manat olmuşdur.

2015-ci ilin iyun ayının 1-nə Bankın nizamnamə kapitalı 47 mln. manat, məcmu kapitalı isə 51,7 mln. manat təşkil etmişdir.

2015-ci ilin yanvar-may aylarının fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 13,085 mln. manat, xərcləri isə 14,005 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın zərəri 920 min manat olmuşdur.

OXŞAR XƏBƏRLƏR