TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti aldı

İQTİSADİYYAT
14:20 28.12.2024
841
TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb.
 
AZXEBER.COM xəbər veir ki, bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.

Cəlb olunan vəsait TuranBank-a istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

"Əminik ki, imzalanmış müqavilə müştərilərimizə rəqabətədavamlı maliyyə alətləri təqdim etməklə Azərbaycanda idxal-ixrac fəaliyyətini daha da stimullaşdıracaq və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək.”- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib. 
Məlumat üçün bildirək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış bu müqavilə sayca dördüncü sazişdir. Belə ki, Bank əvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi  üçün maliyyə vəsaiti cəlb edib.

Qeyd edək ki, Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.







OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir