"Turan"dan FİFA-ya şikayət

İDMAN
00:41 19.01.2012
1538

Bolqarıstanlı yarımmüdafiəçiMartin Kerçevbildirib ki, “Turan”dan FİFA-ya şikayət edəcək. Azerisport.az xəbər verir ki, o, Tovuz klubunun ona olan borcunu ödəməsini tələb edir. Məsələ burasındadır ki, Kerçev sabiq komandasının onun son üç ayının maaşını verməməsini iddia edir. Bu üzdən də o, çıxış yolunu FİFA-dan kömək istəməkdə görür. Qeyd edək ki, Martin “Turan”a sabiq baş məşqçiNaci Şensoyun dövründə gəlmişdi. Lakin onun istefasından sonra komandadan uzaqlaşmaq məcburiyyətində qalmışdı.

OXŞAR XƏBƏRLƏR