Turistlər milli parkda ayını əzişdirdilər – FOTO

MARAQLI
12:57 29.08.2013
1477

Tatransk milli parkında ayının Çelyabinskdən olan turistlərlə “görüşü” ağır bədən xəsarətləri ilə nəticələnib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, ayı əməliyyat edilib və sağalma müddəti üçün Krakovsk zooparkına göndərilib.

Çelyabinsk metallurgiya zavodlarından birinin əməkdaşı olan 37 yaşlı Vasili Dubenko və 27 yaşlı Aleksey Pavloviç isə heyvanın müalisəsinin pulunu ödəməli və ətraf mühitin mühafizəsi qanununun müvafiq maddələri üzrə məsuliyyət daşımalı olacaqlar. Belə məlum olub ki, çelyabinsklilər Polşanın Zakopane şəhərində 1 həftə dincəliblər və Morskoye Okodakı Tatransk milli parkına getmək qərarına gəliblər. Milli parkın əməkdaşlarının bildirdiyinə görə, onlara iki kişinin ayını....döymələri barədə zəng daxil olub. Zənglər təkrarlandığı üçün onlar məlumatı yoxlamaq qərarına gəliblər və hadisə yerində huşsuz vəziyyətdə uzanan ayını və al-qan içində olan Rusiya vətəndaşlarını görüblər. Turistlər bilet almadan milli parkın ərazisinə daxil olublar. Onlar ayını milli parkın əynini dəyişmiş əməkdaşı zənn ediblər, biletsiz olduqları üçün qorxublar və “profilaktik hücum”a keçmək qərarına gəliblər. “Biz onun ayı olduğunu bilmədik. İstədik ki, bir dəfə sifətinə bir yumruq ilişdirək ki, bizdən əl çəksin. Sonra dava başladı”- Vasili Dubenko deyib. Nəticədə, parkın əməkdaşlarının əzizləyərək, Samson adlandırdıqları ayıya yuxu dərmanı verilib və o, Krakov xəstəxanasına aparılıb. Qeyd edək ki, bir çox bloqqerlərin fikrincə, bu Polşa mətbuatının zarafatıdır.

 

OXŞAR XƏBƏRLƏR