Türk futbolçu başından ağır xəsarət aldı - VİDEO

İDMAN
10:59 30.01.2012
1543
İspaniyanın “Valencia” komandasında oynayan türk futbolçu oyun vaxtı başından ağır xəsarət alıb. Hadisə İspaniya 1-ci liqası çərçivəsində keçirilən “Racing Santander” – “Valencia” qarşılaşmasında baş verib. Keçmiş “Qalatasaray” futbolçusu olan Mehmet Topal qarşılaşmanın 82-ci dəqiqəsində topa baş zərbəsi vurmaq istəyəndə rəqib komandadan Diop ilə baş-başa dəyib. Ağır xəsarət alaraq huşunu itirən Topal xəstəxanaya çatdırılıb. Bir müddət sonra ayağa qalxan Diop isə daha 4 dəqiqə oynamağa davam edib.Qeyd edək ki, peysər sümüyünün tomoqrafiyası çəkilən Mehmet Topalın şüuru özünə qayıtsa da futbolçu gecəni həkim nəzarətində keçirməli olub.

OXŞAR XƏBƏRLƏR