Türk seriallarının yeni mövsümü nə vaxtdan başlayacaq?

MARAQLI
11:30 10.09.2013
1686
Azərbaycanda da maraqla izlənən türk seriallarının yeni sezonu başlayıb. 
10 il əvvəl yayımlanmağa başlayan “Kutlar Vadisi” serialının bu həftə yeni bölümü təqdim ediləcək. Serial 12 sentyabrdan etibarən saat 22:00-da “ATV” ekranlarında olacaq. İzlənmə rekordları qıran “Muhteşem Yuzyıl” serialının ilk bölümü 18 sentyabrda yayımlanmağa başlayacaq. Serialın bu ilki sezonunda Hürrəm Sultan obrazını məşhur aktrisa Vahidə Gördüm canlandıracaq. 
Məryəm Uzərlinin serialdan ayrılmasından sonra reytinqlər aşağı düşmüşdü. Məhz bu səbəbdən yeni bölümlərdə məşhur aktyorlar və aktrisalar seriala daxil ediləcək. Kənan İmirzalıoğlunun baş rolda oynadığı “Karadayı” serialı isə sentyabrın 9-dan etibarən “ATV” kanalında yayımlanmağa başlayıb. Ötən sezonunda sonlarında yayımlanmağa başlamış “Tatar Ramazan” serialı isə sentyabrın 13-dən etibarən izləyicilərin qarşısına çıxacaq. Sevilən aktrisa Beren Saatın baş rolda oynadığı “İntikam” serialı isə 12 sentyabrda yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR