Türkan Şoray Heydər Əliyevin məzarını ziyarət etdi

MƏDƏNİYYƏT
08:48 26.11.2012
1561
Türkiyənin tanınmış aktrisası Türkan Şoray noyabrın 25-də Fəxri xiyabana gedərək, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev və onun mərhum həyat yoldaşı görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.Türkan Şoray jurnalistlərə müsahibəsində, Azərbaycana gəlməyi çox istədiyini, dəvəti məmnuniyyətlə qəbul etdiyini, Bakıda olduğu müddətdə Türkiyədə də çox sevilən və dünyanın ən mühüm liderlərindən biri olan Heydər Əliyevin məzarını ziyarət etmək istədiyini deyib.

OXŞAR XƏBƏRLƏR