Məşhur Türk aktrisasıTürkan Şoray, bu gün Park Bulvar AVM-in 4-cü mərtəbəsində yerləşən “Araz FM” studyasında yayımlanan “İmza Mən” verilişinin qonağı oldu. AZXEBER.COM-un məlumatına görə, məşhur aktrisa, “Bakı nağıllar şəhəridir. Burada hər şey çox gözəldir.İnsanlar, aura adamı heyran edir. Məni sevgi və hörmətlə qarşılayırlar. Hər bir azərbaycanlını öpürəm, bağırıma basıram", deyəfikirlərini bölüşüb. Türkan Şoray,əslən azərbaycanlı olması ilə bağlı söhbətlərə də aydınlıq gətirib. “Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir”. Azərbaycan mədəniyyətinin hansı nümunəsini daha çox xoşladığı sualına isə, məşhir aktrisa, “Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını çox sevirəm. Bundan başqa əfsanəvi ifaçı Zeynəb Xanlarova ilə də tanışlığım var. Mən onun səsinin heyranıyam. Çox gözəl xanım və çox gözəl müğənnidir. Çox istərdim ki, onunla görüşüm. Onunla görüşmədən getmək istəmirəm” deyə, cavablandırdı. Ozal İbrahimli