“Dağlıq Qarabağda Ermənistanın hücumlarını yaxından təqib edirik və lənətləyirik. Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik".
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
AKP-nin qrup toplantısında çıxış edən baş nazir sonadək Azərbaycanın yanında olacaqlarını bildirib: "Hamı bilsin ki, Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq", - o qeyd edib. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında can Azərbaycan ilə qiyamətə qədər çiyin-çiyinə olacaq”. (qaynar.info)