Türkiyə çempionatı: “Qalatasaray” 'Trabzon'a şans vermədi

İDMAN
21:22 29.04.2012
1587
Futbol üzrə Türkiyə çempionatının çempionluq qrupunda “Qalatsaray” növbəti qələbəsini qazanıb. AZXEBER.COM-un məlumatına görə, İstanbul klubu Trabzonda yerli “Trabzonspor”u 4:2 hesabı ilə məğlub edib. Qarşılaşma ev sahibi klubun cəzası ilə əlaqədar yalnız uşaqlar və qadınlar izləyə bilib. “Qalatsaray”ın heyətində Necati Ateş iki, Selçuk İnan və Eboue isə hərəyə bir dəfə fərqləniblər. “Trabzonspor”un qollarını Kolman vurub. Beləliklə, “Qalatasaray” bu qələbədən sonra xallarının sayını 45-ə yüksəldib və çempionluq qrupunda liderliyi davam etdirir. “Trabzonspor”un isə 31 xalı var.

OXŞAR XƏBƏRLƏR