Türkiyə hərbçilərinin Liviyaya göndərilməsinə verilən icazənin müddəti uzadılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, müvafiq prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
Sənədə əsasən, icazənin müddəti daha iki il uzadılıb.










































