"FETÖ-nün son üzvü zərərsizləşdirilənədək mübarizəmiz davam edəcək”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında qeyd olunub.
Bildirilib ki, son bir həftədə Türkiyəyə qanunsuz yollarla keçmək istəyən 31 FETÖ üzvü saxlanılıb: "Beləliklə, il ərzində qanunsuz yollarla keçmək istəyərkən saxlanılan FETÖ üzvlərinin sayı 326-ya çatıb”.
Eyni zamanda vurğulanıb ki, 2015-ci ildən bəri ümumilikdə 38 528 terrorçu məhv edilib: "Onların arasında PKK, YPG, İŞİD, FETÖ və digər qruplaşmaların nümayəndələri var”.