Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
DÜNYA
19:39 23.04.2024
125
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 19 terrorçu zərərsizləşdirilib.

Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin (X) hesabında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında PKK-ya mənsub 15 terrorçu, Suriyanın şimalında isə PKK/YPG-yə bağlı 4 terrorçu zərərsizləşdirilib.

Nazirlik bəyan edib ki, terrorçular onlar üçün qaçılmaz olan bu aqibətdən qurtula bilməyəcəklər.
OXŞAR XƏBƏRLƏR