Çankaya köşkündəki qəbul zamanı İsveç səfirinin arvadının alt paltarının görünməsi xəbəri rəsmi saytlara ayaq açıb.
Türkiyə prezidenti Abdullah Gül İsveç səfiri Lars Vahlundu Çankaya köşkündə qəbul edib.Qəbulda çəkilən fotolardakı bir məqam Çankaya köşkünü pis vəziyyətə salıb.Səfir öz xanımı ilə birgə A.Gülə niyyət məktubu təqdim edəndən sonra, birgə fotolar çəkilib. Oturan zaman ehtiyatsız davranan səfir xanımı Yelena Vahlund kameralara çox pis yaxalanıb. Onun alt paltarı jurnalistlərin gözündən və kameralardan yayınmayıb.