Türkiyə Rusiyaya 2 milyard dollar ödəyəcək

Türkiyə Rusiyaya 2 milyard dollar ödəyəcək
SİYASƏT
21:20 02.11.2017
1241
Rusiyanın Türkiyəyə satacağı "S-400” zenit raket kompleksinin qiyməti açıqlanıb.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın Milli Müdafiə Sənaye şirkəti olan "Rostek”in icraçı direktoru Sergey Çemezov müqavilənin dəyərinin 2 milyarddan çox olacağını açıqlayıb.
 
Məlumata görə, Türkiyə bu kompleksdən 4 ədəd alacaq.
 
Qeyd edək ki, satış həyata keçirilərsə, Türkiyə "S-400”ə sahib olan ilk NATO üzvü olacaq.
 
Zenit raket kompleksi eyni anda 27 km hündürlükdə və 250 uzaqlıqda olan 72 hədəfi dəqiq vura bilir.
 

OXŞAR XƏBƏRLƏR