İŞİD-ə qarşı 37 vilayətdə eyni vaxtda həyata keçirilən "Kahramanlar-38” əməliyyatlarında 189 şübhəli ələ keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 37 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı eyni vaxtda həyata keçirilən "Kahramanlar-38” əməliyyatlarında 189 nəfərin ələ keçirildiyini açıqlayıb.
Əli Yerlikaya məsələ ilə bağlı bu açıqlamaları verib:
"İstəyirəm əziz millətimiz bunu bilsin. Ölkəmizin sülhü, birliyi, həmrəyliyi naminə heç bir terrorçuya dözməyəcəyik. Millətimizin duaları və təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik. Əməliyyatları həyata keçirən qəhrəman əsgərlərimizi təbrik edirəm. Allah ayağınıza daş dəydirməsin. Biz ilin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar təşkil edirik. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”.
Ayşən