Türkiyədə daha bir erməni kilsəsi açılıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Diyarbəkir şəhərində Müqəddəs Kirakos kilsəsi bərpa olunduqdan sonra fəaliyyətə başlayıb.Türk şəhərində keçirilən mərasimdə çox sayda erməni iştirak edib. 32 illik fasilədən sonra məbəddə dini liturgiya (xristianların ən əsas ibadət ayini) olub. Burda həmçinin xaç suyuna salma mərasimi də keçirilib.Mərasimdə Diyarbəkir şəhərinin meri Osman Bəydəmir çıxış edib. "Bu gün biz sülh və mehriban qonşuluq münasibəti istəyirik. Erməniləri qonaq kimi yox, ev sahibi kimi görməkdən sevinərik", deyə mer bildirib.