Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb
DÜNYA
15:51 19.07.2026
561
Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.

Bu barədə AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR