Türkiyədə yük maşını cənazə namazı qılanlara çırpılıb, ölən və yaralananlar var

Türkiyədə yük maşını cənazə namazı qılanlara çırpılıb, ölən və yaralananlar var
DÜNYA
18:21 09.09.2023
280
Türkiyənin Kahramanmaraş vilayətində yük maşınının cənazə namazı qılan izdihama çırpılması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Məlumata görə, yük maşınının əyləci işləməyib və sürücü idarəetməni itirib. Bildirilir ki, yük maşını əvvəlcə qarşısındakı avtomobillərə, sonra isə insanlara çırpılıb.
OXŞAR XƏBƏRLƏR