Türkiyədəki zəlzələnin görüntüsü - ANBAAN VİDEO

Türkiyədəki zəlzələnin görüntüsü - ANBAAN VİDEO
DÜNYA
09:15 05.03.2024
180
Türkiyənin Çanaqqala şəhərinin Yenice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ zamanı yerli sakinlərin çaxnaşma anı təhlükəsizlik kameralarına düşüb.

Təbii fəlakət zamanı panikaya düşən insanlar olduqları məkanlardan bayıra qaçıblar.

Market sahibi Ercan Fidan "Anadolu" agentliyinə bildirib ki, zəlzələ zamanı panikaya düşüb: "Hara qaçacağımızı bilmirdik. Çox qorxurduq. İlk dəfə idi ki, belə güclü zəlzələ hiss edirdim".
 

OXŞAR XƏBƏRLƏR