Türkiyəli nazirlər Narinin öldürüldüyü kəndə gedəcəklər

DÜNYA
12:58 11.09.2024
187
Xəbər verdiyimiz kimi, Diyarbəkirdə itən 8 yaşlı Narinin cansız cəsədi dərənin kənarında torbada tapılmışdı.
 
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, Türkiyəni şoka salan Narin Güran cinayəti ilə əlaqədar olaraq nazirlər açıqlama verib.
 
Daxili işlər naziri Ali Yerlikaya verdiyi açıqlamada qətlin istintaqı davam edərkən, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Ədliyyə Naziri Tunç ilə birlikdə Narinin öldürüldüyü Tavşantəpə kəndinə gedəcəyi bildirib.
 
Narinin itkin düşməsindən sonra açıqlama verən Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş, nazirlik olaraq hadisədən zərər çəkmiş uşaqlara psixososial dəstək xidmətləri göstərdiklərini söyləyib.

Gülay
OXŞAR XƏBƏRLƏR