Türkiyənin Marmaris şəhərində zəlzələ olub

Türkiyənin Marmaris şəhərində zəlzələ olub
DÜNYA
10:05 08.03.2024
154
Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.

Dağıntı və insan itkisi barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR