Türkiyənin Qəhrəmanmaraş şəhərində Xocalı Parkı açılacaq

Türkiyənin Qəhrəmanmaraş şəhərində Xocalı Parkı açılacaq
SOSİAL
16:21 10.02.2019
9259
Qəhrəmanmaraş Sütçü İmam Universiteti Siyasi Elm və Beynəlxalq Əlaqələr Bölümü tələbəsi, Qəhrəmanmaraş Azərbaycan Təhsil Mədəniyyəti və Həmrəylik Dərnəyi sədri, Azərbaycan Ankara Səfirliyi Təhsil Müşavirliyi təmsilçisi, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhət statusunda olan Universal Sülh Federasiyası Sülh səfiri, TUMİB Kahramanmaraş təmsilçisi, "İlham Əliyev dövründə Azərbaycan-Türkiyə əlaqələri” kitabının müəllifi Tural Şahbazlı Azərbaycan və Türkiyə arasında körpü rolu oynamağa davam edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət” Beynəlxalq Kampanyasının sədri Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət” kampanyası çərçivəsində Türkiyənin Qəhrəmanmaraş şəhərində Xocalı Parkı açılacaq.
2015-ci il tarixində Qəhrəmanmaraş Böyükşəhər Bələdiyəsinə ərizə ilə müraciət edən diaspor təşkilat sədri Tural Şahbazlı 12 Fevral 2019-cu ildə Qəhərmanmaraş şəhərində Xocalı Parkının açılacağı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: "2015-ci ildə Qəhrəmanmaraş Böyükşəhər Bələdiyəsinə müraciət etdik. Çox sağ olsun cənab Bələdiyə sədrimiz Fateh Məhmət Erkoç şəhərimizin mərkəzi küçələrinin birində gözəl bir park salınması ilə bağlı tapşırıq verib və parkda eyni zamanda Ana Fəryadı heykəli də ucaldılacaqdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Və bildirmək istəyirəm ki, tezliklə ay-ulduzlu bayrağımız Qarabağda, Xocalıda dalgalanacaqdır. İlk başda təbii ki, sülh tərəfdarıyıq, amma gərəkli olduğu təqdirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyirik”.

Qeyd edək ki, Xocalı Parkı və Ana Fəryadı heykəlinin açılış mərasimi Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin, Səfirliyin təhsil müşaviri Nəcibə xanım Nəsibovanın, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, xalq yazıcısı Çingiz Abdullayevin, Mərkəzin vitse-prezidenti Rasim Məmmədovun, Azərbaycan Milli Məclisinin deputatlarının və nümayəndə heyətinin digər üzvlərinin iştirakı ilə 12 fevral 2019-cu il saat 15:00-da keçiriləcək.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq