Türkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah" "Qarabağ"ın Çempionlar Liqasındakı uğurundan yazıb.
AZXEBER.COM xəbər verir ki, qəzet "Qarabağ Çempionlar Liqasında tarix yazmağa davam edir" başlıqlı xəbər yayımlayıb.
Xəbərdə klubumuzun liqada ilk səfər xalını qazandığı qeyd edilib.
Qeyd edək ki, "Sabah" qəzetinin yazarı bir müddət öncə "Qarabağ" azarkeşlərini təhqir etsə də, qəzet sonradan buna görə üzr istəmişdi.
