Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var

Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
HADİSƏ
20:54 17.07.2025
264
Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi "Mercedes” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü "TIR” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR