UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq

UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq
İDMAN
17:13 08.02.2022
376
Mütləq Döyüş Çempionatının (UFC) görüşləri Azərbaycanda canlı yayımlanacaq.

AZXEBER.COM xəbər verir ki, UFC bununla bağlı "SARAN Media Group" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Anlaşmaya əsasən, döyüşlər Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanda da nümayiş etdiriləcək.

Razılaşmanın bir hissəsi olaraq, bütün UFC tədbirləri və əlaqəli məzmunlar, o cümlədən diqqət çəkən məqamlar və reklam çarxları televiziya, onlayn platformalar və qeyd olunan ərazilərdəki mobil cihazlarda yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR