Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu

Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
HADİSƏ
21:43 18.07.2025
280
Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.

Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR