Ukrayna Baş Qərargahı: Rusiya Severodonetskə hücuma hazırlaşır

Ukrayna Baş Qərargahı: Rusiya Severodonetskə hücuma hazırlaşır
DÜNYA
21:11 23.04.2022
381
Rusiya hərbçiləri Severodonetskə hücuma hazırlaşır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Donetsk və Tavriçeski istiqamətlərində qarşı tərəfin əsas səyləri Popasnaya, Rubijnoye yaşayış məntəqələrini nəzarətə götürməyə və Severodonetsk şəhərinə hücuma hazırlığa yönəlib", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, döyüş əməliyyatları zamanı Maryinka qəsəbəsi ərazisində və əksər digər ərazilərdə Rusiya hərbçiləri uğur qazana bilməyib.
OXŞAR XƏBƏRLƏR