Ukrayna kəşfiyyatı vətəndaşlarını Belarusa səfərlərdən çəkinməyə çağırıb

DÜNYA
19:21 14.08.2024
143
Ukraynanın Xarici Kəşfiyyat Xidməti vətəndaşlarını Belarusa səfərlərdən çəkinməyə çağırıb.

Bu barədə informasiya qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, adıçəkilən ölkəyə gedən ukraynalılardan şəxsi məlumatlar, eləcə də səfərin məqsədləri barədə məlumatlar, habelə sosial şəbəkə hesablarına giriş imkanı verən istifadəçi adları və şifrələr, o cümlədən yazışmalar toplanaraq, filtrasiya edilir:

"Xüsusilə həssas yanaşma tələb edən faktlar aşkarlandıqda bu qəbildən olan şəxslər "Ekstremizm” maddəsilə cinayət məsuliyyətinə cəlb olunur və ya ölkədən çıxarılır”.
 
///apa
OXŞAR XƏBƏRLƏR