Ukrayna-Rusiya müharibəsi bu tarixdə bitəcək: Ukraynalı general açıqladı

Ukrayna-Rusiya müharibəsi bu tarixdə bitəcək: Ukraynalı general açıqladı
DÜNYA
00:00 17.05.2022
815
Ukrayna rəsmisi ilk dəfə müharibənin bitmə tarixini qeyd edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirilo Budanov diqqətçəkən açıqlama verib. Moskvanın böyük itkilər verdiyini iddia edən Budanov müharibənin 2022-ci ilin sonunda bitəcəyini bildirib.

Rusiyanın işğal etdiyi Ukrayna ərazisində müharibə 82 gündür ki, davam edir. Bu günə qədər minlərlə insan müharibədə həyatını itirib, 1 milyondan çox insan ölkəni tərk edib.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində münaqişələr tam sürətlə davam edərkən, hər iki tərəfin nümayəndə heyətləri danışıqlar masasına ümumi yol tapmaq üçün danışıqları davam etdirirlər.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR