AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 82-ci günündə Rusiya prezidenti Vladimir Putini devirmək üçün çevrilişin planlaşdırıldığı irəli sürülüb. Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putini devirmək üçün çevriliş planlaşdırılır.
"Sky News”a danışan general-mayor Kirilo Budanov Rusiyanın hərbi məğlubiyyətinin Putinin devrilməsi və nəticədə ölkənin dağılması ilə nəticələnəcəyini deyib:
"Bu məğlubiyyət sonda Rusiya Federasiyasının rəhbərliyinin dəyişməsinə gətirib çıxaracaq. Bu prosesə artıq start verilib". Sky News-un beynəlxalq əlaqələr üzrə redaktoru Dominic Waghorn bunun dövlət çevrilişi cəhdi olub-olmaması ilə bağlı sual verəndə Budanov "Bəli" cavabını verib.
Budanovun fikrincə, zəif hərbi performans, aşağı əhval-ruhiyyə və çətin iqtisadiyyat Putinə qarşı çevriliş ehtimalını artırır.
Bundan əlavə, Budanov Putinin çox pis psixoloji və fiziki vəziyyətdə olduğunu və çox xəstə olduğunu iddia edib.
Digər tərəfdən, Budanov Rusiyanın ilin sonuna qədər məğlub olacağını və növbəti avqustun ortalarının müharibədə mühüm dönüş nöqtəsi olacağını proqnozlaşdırıb. Onun fikricə, aktiv döyüş hərəkətlərinin əksəriyyəti bu ilin sonuna kimi başa çatacaq.
Ayşən