Ukraynalı general: "2024-cü il Kiyev üçün daha çətin ola bilər"

Ukraynalı general: "2024-cü il Kiyev üçün daha çətin ola bilər"
DÜNYA
19:56 27.12.2023
211
2024-cü il Ukrayna üçün daha çətin ola bilər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, general Aleksandr Tarnevski BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, mövcud resurslar müharibəni davam etdirmək üçün kifayət deyil: "Kiyevə döyüş meydanında uğur qazanmaq üçün əlavə qüvvələr və vasitələr lazımdır”.

General Ukraynanın əks-hücumunun uğursuzluğunu etiraf edib: "Buna səbəb Rusiya Silahlı Qüvvələrinin yaxşı təşkil olunmuş müdafiəsi və Ukrayna hakimiyyətinin şişirdilmiş bəyanatlarıdır”.

A.Tarnevskinin sözlərinə görə, minalı ərazilərin çoxluğu da əks-hücum əməliyyatlarına mənfi təsir edir: "Həmçinin bizim zirehli texnikadan tam istifadə edə bilməməyimiz də aktiv irəliləyişlərimizi çətinləşdirdi və hücum hərəkətlərinin sürətinə təsir etdi. Rusiya dünyanın ən güclü ordularından birinə malikdir. Onun müdafiəsi bir yox, bir neçə xətdən ibarətdir. Düşmən bu müdafiə xətlərini bir ayda deyil, bizim hücum hərəkətlərinə hazırlaşdığımız dövrdə yaradıb”.

General vurğulayıb ki, Rusiya hərbçiləri üzərinə düşən hər şeyi edirlər: "Müharibənin dalana dirənməsinə dair fikirləri ilə razılaşmıram. Düşmənin bu vaxta qədər qarşıya qoyduğu məqsədlərə çatmaması artıq Ukrayna xalqı və qoşunları üçün əhəmiyyətli uğurdur. Düşmənin ən mühüm səhvi ondan ibarətdir ki, o, xalqın həmrəyliyinə və indiki dəstəyə ümid etmirdi”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb