Ukraynanın Kurska hücumunda 56 mülki vətəndaş ölüb - Rusiya XİN

DÜNYA
16:19 23.09.2024
143
Ukrayna ordusunun Kursk bölgəsində həyata keçirdiyi uzunmüddətli hücumlarda 56 mülki vətəndaş ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Belə ki, rəsmi Kiyev Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından düz 2 il sonra, avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücuma başlayıb. Bu hücum müharibəni Rusiya sərhədlərinə qədər gətirib.

Nazirlik ən təhlükəli bölgələrdən 131 min dinc sakinin təxliyə edildiyini bildirib. Bununla belə, nazirlik iddia edib ki, Ukrayna qüvvələri Sudja şəhərində təxminən 70-120 mülki şəxsi saxlayıb. Ukrayna ordusu məsələ ilə bağlı hələ ki açıqlama verməyib.
 
Kiyev bundan əvvəlki bəyanatında bunu İkinci Dünya Müharibəsindən sonra Rusiyaya qarşı ən böyük hücum kimi qiymətləndirib. O, Kursk əməliyyatının bölgədəki Rusiya qüvvələrinin qərb sərhədini keçərək Ukraynaya daxil olmasının qarşısını almaq məqsədi daşıdığını bildirib.
 
BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin bölgəyə getməsini istəyən rəsmi Kiyev ekspertlərin Ukrayna ordusunun insan haqlarına uyğun əməliyyatlar apardığını görəcəklərini bildirib.

Kreml Kiyevin bəyanatlarını "təxribat” adlandırıb. O, Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin dəvəti qəbul etməyəcəklərini proqnozlaşdırdıqlarını bildirib.

"Ukrayna qüvvələri Kursk vilayətində 1300 kvadrat kilometrdən çox ərazidə 100 yaşayış məntəqəsinə nəzarət edir”, - deyə Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəlində hücumla bağlı açıqlamalar verib.
 
Rusiya mənbələri isə Zelenskinin açıqlamasını təkzib edərək, Ukraynanın nəzarətində olan bir çox yaşayış məntəqələrini geri aldığını bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR