Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib

İQTİSADİYYAT
16:35 24.12.2024
369

Unibank İnsan Resurslarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi prosesini başa çatdırıb.

AZXEBER.COM xəbər verir ki, bankın İR biznes proseslərini təkmilləşdirmək üçün Unibank intuitiv interfeysə malik, çoxlu sayda İR alətlərini cəmləşdirən, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, işə qəbul və distant öyrənmə proseslərini avtomatlaşdıran vahid idarəetmə sisteminə üstünlük verib. Bu, gündəlik iş proseslərini sadələşdirmək, işdə olmama günlərinin izlənməsi və məzuniyyətlərin planlaşdırılmasında şəffaflığın artırılması məqsədilə edilib.

Avtomatlaşdırma prosesi SMART business tərəfindən həyata keçirilib. Proses zamanı tətbiq edilən SMART business şirkətinin SMART HCM & LMS həlli funksionallığına, inteqrasiya imkanlarına, çevikliyinə və rəqabətli qiymətinə görə seçilib. Proses boyu lazım olan bütün imkanlar vahid ekosistem daxilində həyata keçirildiyi üçün bu da "Unibank”a filiallar üzrə kadrların idarə edilməsi proseslərini konsolidasiya etməyə və vahid, optimallaşdırılmış yanaşma qurmağa imkan verib.

Həllin əsas üstünlüklərindən biri onun təhlükəsizliyidir. Bank sektorunda təhlükəsizlik məlumat sızmalarından, maliyyə və reputasiya risklərindən qorunmaq üçün vacibdir. Microsoft texnologiyalarına əsaslanan SMART HCM & LMS sənaye standartlarına cavab verən şifrələmə protokolları təklif edir, sistemə giriş üçün çoxfaktorlu autentifikasiya üsulları yüksək təhlükəsizliyi təmin edir. Bu, "Unibank”ın məlumatlarının ən son beynəlxalq GDPR standartlarına uyğun olaraq qorunduğunu təmin etməyə imkan verir və öz növbəsində məlumatların təhlükəsizliyi və müştəri etibarını artırır.

Unibank məlumatların idarə edilməsi və strukturun vizuallaşdırılması üçün "HR Administration” kimi vacib modullara üstünlük verərək, SMART HCM & LMS-i tətbiq edib. "Staff Assessment”, "Goal Setting”, "Competency Development”, "Event Organization”, "Self-service Portal, Manager’s Portal” və "E-Learning” kimi moduların tətbiqi isə ümumi əməliyyat səmərəliliyini artırıb.

SMART HCM & LMS həllinin tətbiqi Unibank üçün insan kapitalına səmərəli investisiyaya çevrilməklə, səmərəliliyin və əməkdaşların məmnuniyyətinin artırılması şəklində "faiz gəliri” qazandırıb.

Unibank haqqında

Unibank, 2002-ci ildə MBANK və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaranıb və Azərbaycanın aparıcı özəl maliyyə qurumlarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə geniş xidmət spektri təklif edir və geniş filial şəbəkəsinə malikdir. Unibank fəaliyyət göstərdiyi 32 il ərzində bir çox beynəlxalq mükafatlar qazanıb. Daha ətraflı: https://unibank.az

SMART business haqqında

SMART business ERP, CRM və HRM sistemlərinin tərtibatı, tətbiqi, dəstəklənməsi və müvafiq təlimlərin keçirilməsi üzrə ixtisaslaşmışdır, o cümlədən prediktiv analitika və süni intellekt texnologiyalarını əhatə edir. 15 ildən çox təcrübəyə malik olan SMART business Dynamics 365, Office 365, Azure və Power BI kimi Microsoft platformaları əsasında həllər təqdim edir, məlumat və maşın öyrənmə texnologiyalarından istifadə edərək müştərilər üçün strateji, kompleks biznes həlləri ilə təklif edir. Daha ətraflı məlumat üçün: https://bit.ly/3CeGv2A

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir