“Union Logistics” şirkəti sahibkarların yarım milyon manatını mənimsəyib

“Union Logistics” şirkəti sahibkarların yarım milyon manatını mənimsəyib
İQTİSADİYYAT
18:56 10.01.2025
1208
"Bakının Nəsimi rayonunda yerləşən "Union Logistics” MMC şirkəti mütəşəkkil dəstə halında 18 sahibkara ümumilikdə 300 min dollar ziyan vurub”. 

Bu şikayətlə "Qafqazinfo”ya bir qrup sahibkar müraciət edib. 

Belə ki, "Softech-A” şirkətinin direktoru Cavid Nəbiyev, "Ulanzi Azerbaijan” MMC-nin təsisçisi Kənan Əsgərov, "Qlobal KS” MMC-nin rəhbəri Ceyhun Süleymanov, "3ADDIMPRINT” MMC-nin direktoru Ceyhun Sahilov, "Wonlex Azerbaijan” təsisçisi Rəna Mənsurova, "İNFİNİTY SOLUTİONS” MMC rəhbəri Elşad Mustafayev, "LumeGrand” MMC rəhbəri Tural Əhmədov, "OTSTEC” MMC təsisçisi Rauf Qədirov və fərdi sahibkarlar İlham Hacıbalayev,Ələddin Mehdiyev, Rauf İsmayılov ötən ilin avqust ayında adıçəkilən şirkətlə müqavilə bağlayaraq, Çindən sifariş olunan malların Azərbaycana çatdırılması ilə bağlı razılığa gəliblər. Amma mallar hələ də sahibkarlara çatdırılmayıb. 

Onlar bildirib ki, adıçəkilən şirkətin direktoru Rövşən Mehdiyevin yerli və xarici logistika şirkətlərinə külli miqdarda borcu olduğu üçün, son 5 ay ərzində ən bahalı malları və sahibkarlara məxsus yükləri qeyri-rəsmi yollarla satıblar: "Onlar mütəşəkkil dəstə halında işləyirlər. Çin Xalq Respublikasında sahibkarların yüklərini anbarlara qəbul edən şəxs də şirkətin direktorunun xalası oğludur. Gömrük orqanlarında sənəd rəsmiləşdirməsi işləri ilə məğul olan isə bir başqa adamdır. Ehtimal olunur ki, yük Azərbaycan sərhədini keçsə də, gömrük orqanlarında öz adlarına sənəd saxtalaşdırılması edib, Azərbaycan ərazisində yükləri satıblar”.

Sahibkarların dediyini görə, şirkət  onlara məxsus yüklərin Çinin Kaşqar ( Qırğızıstan ilə sərhəd), Qazaxıstanın Horqos dövlət anbarlarında olduğunu deyiblər: "Lakin bununla bağlı heç bir sənəd foto və ya video təqdim edilmədi. Dəfələrlə şirkətin direktoru ilə görüşmək istəsək də, işçilər müxtəlif bəhanələrlə bizi uzaqlaşdırıb.

Belə olduğu halda hər iki səfirliyin Çin Xalq Respublikasının və Qırğızıstan Respublikasının səlahiyyətli şəxslərindən məsələnin həqiqiliyini öyrənmək məqsədilə, bizlərə köməklik göstərmələrini ümid edirik. Avqust ayından bəri yüklərdən heç bir xəbər ala bilməmişik. Digər sahibkarlara da ziyan dəyməməsi üçün, daşınacaq yüklərini indi və gələcəkdə bu şirkətin Çindəki anbarlarına göndərməmələrini tövsiyə edirik”.

Sahibkarların 300 min dollar mənimsəmə iddiaları ilə bağlı "Union Logistics”lə əlaqə saxladıq. Şirkətin satış şöbəsinin rəhbəri Anar Qafarlı saytımıza cavab olaraq bildirdi ki, yüklər ay sonuna kimi təhvil veriləcək: "Sahibkarlara yüklərin harada olması ilə bağlı məlumat vermişik. Lakin onlar şəkil, video tələb edirlər. Ancaq xarici dövlət anbarında olan yüklərin şəklini çəkmək qadağandır. Bizim belə bir icazəmiz yoxdur. Bu ayın sonuna qədər yüklər təhvil veriləcək. Onların iddia etdiyi rəqəmlərdən bizim xəbərimiz yoxdur, bu, gömrüyü maraqlandıran mövzudur. Biz yükdaşıma şirkətiyik. Yüklərin daşınmasında sıxıntı var idi. Amma düzəlib. Bundan öncə də bizdə belə bir problem olmayıb. Yüklər həmişə 1 aya çatdırılır. Oradakı sahibkarlar əvvəl də bizimlə işləyib. Hər şey qaydasındadır, şəffaf şəkildə işləyirik. Borc məsələsinə qaldıqda isə, bu iddialar əsassızdır. Nəticə olaraq deyim ki, ay sonuna kimi, bütün yüklər təhvil veriləcək”.

Sahibkarlar həmçinin, bildirib ki, məsələ ilə bağlı digər zərərçəkmişlər də varsa, əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, sözügedən problem ötən gün "Xəzər Tv”də yayımlanıb. 

Bununla bağlı videomaterialı təqdim edirik: 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi